Gələcəyə Yönəlik Təhsil
Yaşamaq, Kəşf Etmək və Öyrənmək Tərzi
2025-ci ilə kimi ADA İbtidai Məktəbin tam şaqird tutumu
ADA təhsil yolu üç mərhələdən ibarətdir.
ADA İBTİDAİ MƏKTƏBİ
Yaş 6+
5 illik təhsil siniflər 1-5
ADA ORTA MƏKTƏBİ
YAŞ 11+
4 İLLİK TƏHSİL SİNİFLƏR 6-9
ADA TAM ORTA MƏKTƏBİ
YAŞ 15+
3 İLLİK TƏHSİL SİNİFLƏR 10-12
ADA Yay düşərgəsi 2025
Ümumi məlumat
Əsas proqramımız özünə inam, yaradıcılıq, ifadə, təxəyyül və ən əsası, öyrənmək və təhlükəsiz, güvən yaradan, mükafatlandırıcı və qayğıkeş mühitdə böyümək istəyini inkişaf etdirmək imkanlarını təmin edir.
GALA KAMPUSumuz

elm və təbiyyət
Hündür ağaclar, rəngarəng çiçəklər, təsərrüfat heyvanları və laboratoriya ilə bağnan bir praktiki öyrənmə ilə elm və təbiəti kəşf edin.
İncəsənət və Mədəniyyət
“Galleria ADA”da heykəllər, sənətkarlıq və incəsənət nümayişlərindən ibarət incəsənət parkı dinamik və yaradıcı mühit təmin edir.

Ruh və Bədən
• Sağlam bədən, sağlam ruh
• Həm açıq, həm də qapalı dərslər və fəaliyyətlərlə məşğul olmaq
• İdman zalı, futbol və basketbol meydançaları, aktiv oyun və komanda idmanı üçün canlı oyun meydançası

ibtidai təhsilin 5 sütunu
At ADA Primary School, we inspire students through a balanced education, fostering global awareness, respect for Azerbaijani culture, and a supportive environment that feels like home.
Balanslı təhsil
Bilik və şəxsiyyətin formalaşması bizim üçün vacibdir. Proqramımız şagirdlərə müxtəlif fənnlərdən bilik qazandırır və yaradıcı mühitdə özünə inam, güvən, yaradıcılıq və öyrənmə həvəsi inkişaf etdirir.
Qlobal düşüncə tərzi
Fərqli fikirləri dinləməklə, müxtəlif perspektivləri anlamağı və fərqliliyi qəbul etməyi öyrənirik.
Azərbaycan vətəndaşı
Biz tariximizi, mədəniyyətimizi və dilimizi öyrənir, ona qiymət veririk. ADA İbtidai Məktəbində Azərbaycanşünaslıq bütün fənnlərin mərkəzindədir və biz buna qürurla yanaşırıq.
Məktəb mənim evimdir
Bizim məktəb evimizdir, burada güvən, inam, qiymət və qayğı var. Biz bir-birimizə qiymət verərək eyni dəyərləri paylaşırıq. Bu sadəcə bina deyil, ruh və mühitlə dolu bir kampusdur.
Müəllim mənə nümunədir
Müəllimlərimiz bizə xəyal qurmağı, özümüzə inanmağı və səddləri aşmağı öyrədir. Onlar oxumağa həvəs, şəxsiyyətimizi kəşf etməyə ilham verir. Onları sevirik və heç vaxt unutmayacağıq.
KAMPUS TURUNUZA İNDİ BAŞLAYIN
Bir kliklə özəlləşdirilmiş məktəb turuna qoşulun və sizi gözləyən imkanları dərhal kəşf edin.
TEZ-TEZ VERİLƏN SUALLAR
ADA İbtidai Məktəbi 6 yaşından başlayan tələbələri qəbul edir və 1-5-ci sinifləri əhatə edən 10 yaşa qədər təhsil verir.
ADA İbtidai məktəbi adətən səhər saat 8:30-dan axşam 17:00-a kimi fəaliyyət göstərir.
10 məktəb fənni keçirilir.
• Azərbaycanşünaslıq
• İngilis dili ikinci dil kimi
• Qlobal Perspektivlər
• Riyaziyyat
• Elm
• Rəqəmsal Savadlıq
• İncəsənət və Dizayn
• Musiqi
• Performans İncəsənıt və Dram
• Bədən Tərbiyəsi və Sağlamlıq
ADA İbtidai Məktəbi, dürüstlük, empatiya, hörmət və açıq fikirlilik kimi əsas dəyərlərə xüsusi diqqət yetirərək, akademik biliklə şəxsi inkişaf arasında tarazlığı ön plana çıxarır. Eyni zamanda, təbiətlə yaxın əlaqədə olan tərbiyəvi bir mühit təqdim edir.
Əsas tədris dili Azərbaycan dilidir, ikinci dil kimi ingilis dili tədris olunur.
İllik ödəniş 15,000 AZN təşkil edir ki, bunun 12,500 AZN-i təhsil haqqı, 2,500 AZN-i isə qidalanma xərclərini əhatə edir.
Sənədlərin təqdim edilməsi üçün son tarix 30 iyun 2024-cü ildir.
Məktəb Bakıdan kənarda, Qala yaxınlığında, Heydər Əliyev prospektinə və Mərdəkan və Şüvəlan kimi ətraf ərazilərə rahat çıxışı olan yaşıl parkda yerləşir.