Gələcəyə Yönəlik Təhsil

Yaşamaq, Kəşf Etmək və Öyrənmək Tərzi

200

2025-ci ilə kimi ADA İbtidai Məktəbin tam şaqird tutumu

ADA təhsil yolu üç mərhələdən ibarətdir.

ADA İBTİDAİ MƏKTƏBİ

Yaş 6+

5 illik təhsil siniflər 1-5

ADA ORTA MƏKTƏBİ

YAŞ 11+

4 İLLİK TƏHSİL SİNİFLƏR 6-9

ADA TAM ORTA MƏKTƏBİ

YAŞ 15+

3 İLLİK TƏHSİL SİNİFLƏR 10-12

ADA Yay düşərgəsi 2025

Ümumi məlumat

Əsas proqramımız özünə inam, yaradıcılıq, ifadə, təxəyyül və ən əsası, öyrənmək və təhlükəsiz, güvən yaradan, mükafatlandırıcı və qayğıkeş mühitdə böyümək istəyini inkişaf etdirmək imkanlarını təmin edir.

GALA KAMPUSumuz

elm və təbiyyət

Hündür ağaclar, rəngarəng çiçəklər, təsərrüfat heyvanları və laboratoriya ilə bağnan bir praktiki öyrənmə ilə elm və təbiəti kəşf edin.

İncəsənət və Mədəniyyət

“Galleria ADA”da heykəllər, sənətkarlıq və incəsənət nümayişlərindən ibarət incəsənət parkı dinamik və yaradıcı mühit təmin edir.

Ruh və Bədən

• Sağlam bədən, sağlam ruh
• Həm açıq, həm də qapalı dərslər və fəaliyyətlərlə məşğul olmaq
• İdman zalı, futbol və basketbol meydançaları, aktiv oyun və komanda idmanı üçün canlı oyun meydançası

ibtidai təhsilin 5 sütunu

At ADA Primary School, we inspire students through a balanced education, fostering global awareness, respect for Azerbaijani culture, and a supportive environment that feels like home.

Balanslı təhsil

Bilik və şəxsiyyətin formalaşması bizim üçün vacibdir. Proqramımız şagirdlərə müxtəlif fənnlərdən bilik qazandırır və yaradıcı mühitdə özünə inam, güvən, yaradıcılıq və öyrənmə həvəsi inkişaf etdirir.

Qlobal düşüncə tərzi

Fərqli fikirləri dinləməklə, müxtəlif perspektivləri anlamağı və fərqliliyi qəbul etməyi öyrənirik.

Azərbaycan vətəndaşı

Biz tariximizi, mədəniyyətimizi və dilimizi öyrənir, ona qiymət veririk. ADA İbtidai Məktəbində Azərbaycanşünaslıq bütün fənnlərin mərkəzindədir və biz buna qürurla yanaşırıq.

Məktəb mənim evimdir

Bizim məktəb evimizdir, burada güvən, inam, qiymət və qayğı var. Biz bir-birimizə qiymət verərək eyni dəyərləri paylaşırıq. Bu sadəcə bina deyil, ruh və mühitlə dolu bir kampusdur.

Müəllim mənə nümunədir

Müəllimlərimiz bizə xəyal qurmağı, özümüzə inanmağı və səddləri aşmağı öyrədir. Onlar oxumağa həvəs, şəxsiyyətimizi kəşf etməyə ilham verir. Onları sevirik və heç vaxt unutmayacağıq.

KAMPUS TURUNUZA İNDİ BAŞLAYIN

Bir kliklə özəlləşdirilmiş məktəb turuna qoşulun və sizi gözləyən imkanları dərhal kəşf edin.

TEZ-TEZ VERİLƏN SUALLAR

Qeydiyyatdan keçmək üçün yaş həddi nədir?

ADA İbtidai Məktəbi 6 yaşından başlayan tələbələri qəbul edir və 1-5-ci sinifləri əhatə edən 10 yaşa qədər təhsil verir.

Məktəbin iş saatları nə vaxtdır?

ADA İbtidai məktəbi adətən səhər saat 8:30-dan axşam 17:00-a kimi fəaliyyət göstərir.

İbtidai sinifdə hansı fənlər tədris olunur?

10 məktəb fənni keçirilir.

• Azərbaycanşünaslıq
• İngilis dili ikinci dil kimi
• Qlobal Perspektivlər
• Riyaziyyat
• Elm
• Rəqəmsal Savadlıq
• İncəsənət və Dizayn
• Musiqi
• Performans İncəsənıt və Dram
• Bədən Tərbiyəsi və Sağlamlıq

ADA İbtidai Məktəbini digər məktəblərdən fərqləndirən xüsusiyyətlər nələrdir?

ADA İbtidai Məktəbi, dürüstlük, empatiya, hörmət və açıq fikirlilik kimi əsas dəyərlərə xüsusi diqqət yetirərək, akademik biliklə şəxsi inkişaf arasında tarazlığı ön plana çıxarır. Eyni zamanda, təbiətlə yaxın əlaqədə olan tərbiyəvi bir mühit təqdim edir.

ADA İbtidai Məktəbində tədris hansı dillərdə aparılır?

Əsas tədris dili Azərbaycan dilidir, ikinci dil kimi ingilis dili tədris olunur.

ADA İbtidai məktəbinin təhsil haqqı nə qədərdir?

İllik ödəniş 15,000 AZN təşkil edir ki, bunun 12,500 AZN-i təhsil haqqı, 2,500 AZN-i isə qidalanma xərclərini əhatə edir.

ADA İbtidai Məktəbinin ilk qəbulu üçün son müraciət tarixi nə vaxtdır?

Sənədlərin təqdim edilməsi üçün son tarix 30 iyun 2024-cü ildir.

ADA İbtidai məktəbi harada yerləşir?

Məktəb Bakıdan kənarda, Qala yaxınlığında, Heydər Əliyev prospektinə və Mərdəkan və Şüvəlan kimi ətraf ərazilərə rahat çıxışı olan yaşıl parkda yerləşir.